ziyaret

free counters
Blogger tarafından desteklenmektedir.
3 Mayıs 2012 Perşembe

TEST

1. 724a ədədinin 6-ya bplünmısi üçün a aşağıdakılardan hansı ola bilər?
a) 0
b) 1
c) 3
d) 2

  •  

    2. 117 ədədindən üçüncü rəqəm silinsin. Alınan ədədlə 117 ədədinin cəmini iki misli nə qədər olar?

    a) 106
    b) 256
    c) 110
    d) 220

    3. Rəqəmlər cəmi 5 onluqlar mərtəbəsində rəqəmi 1 olan üçrəqəmli ədədlərin cəmi neçədir?

    a) 1012
    b) 868
    c) 1046
    d) 1060

    4. İkirəqəmli bir ədəin rəqəmlərinin yerini dəyişib yeni ədəddən əvvəlki ədəi çıxsaq, fərqin təkliklər mərtəbəsinə rəqəmi 6 olar. Fərqin onluqlar mərtəbəsindəki rəqəm neçə olar.

    a) 6
    b) 3
    c) 9
    d) 8

    5. Hündür qayanın qarşısında qışqıran uşaq 3 san. Sonra öz səsinin əks sədasını eşidir. Səsin sürətinin 340 m san olduğunu bilərək uşaq ilə qaya arasındakı məsafəni tapın.

    a) 780
    b) 510
    c) 680
    d) 1020

    6. Hansı cümlənin sonunda sual işarəsi qoyulmaz?

a) Dəmiri isti-isti döyərlər.
b) Vətəni bütün varlığınla qoru
c) Qarabağa gedən yollarda ayaq izlərimiz görünməlidir.
d) Borçalıda da soydaşlarımız yaşayır.

7. Sakit, gəlin, çiçək, qazma, dimdik, yorğun,səpin, kənar,torpaq. Bu sözlərin içərisində vurğusu dəyişməklə dəyişən neçə söz var.

a)4 b)1 c)5 d)2

8. Şagird 60 səhifəlik kitabı oxmağa başladı. Hər 3 səhifəni 5 dəqiqə oxyandan sonra 3
dəqiqə istirahət etdi. Şagird kitabı neçə dəqiqəyə oxuyb qurtardı?

a) 163
b) 160
c) 157
d) 167

9. Həm isim həm də sifət kimi işlədilən söz hansıdır?

a) əqrəb
b) uçmaq
c) mürəkkəb
d) bal

10. Yeni söz hansıdır?

a) darğa
b) maşın
c) özəlləşdirmə
d) süxur

"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci

Təhsilin, elmin, biliyin tərəqqi üçün açar, inkişafın hərəkətverici qüvvəsi hesab olunduğu ölkəmizdə yeni dərs ilinin ilk günü - "Bilik günü" həmişə ümumxalq bayramı kimi qeyd olunur. 2010-2011-ci dərs ilinin ilk zənginin çalındığı sentyabrın 15-ni xalqımız yüksək əhvali-ruhiyyə ilə qarşıladı. Bütün təhsil müəssisələrində "Bilik günü"nə həsr olunmuş təntənəli bayram mərasimləri keçirildi.

Həmin gün Bakıdakı İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə yaddaqalan, maraqlı məzmunlu bayram şənliyi düzənlənmişdi. Mərasimin keçirildiyi məktəb həyəti şagirdlər, müəllimlər valideynlərlə dolu idi. Müəllimlərin, məktəblilərin, xüsusən bu il əlinə ilk dəfə çanta alıb birinci sinfə gedən şagirdlərin sevincini bölüşməyə, onlara xoş arzularını bildirməyə xeyli qonaq da gəlmişdi.

Tədbirin aparıcıları XI "a" sinif şagirdi Səbinə X "a" sinif şagirdi Nigar mərasimi açıb iştirakçıları yeni dərs ilinin başlanması münasibətilə təbrik etdilər. Azərbaycan Respublikasının Dövlət himni ifa olundu.

Mərasim artıq başlasa da onun əsas "qəhrəmanları" - bu il birinci sinfə gedən uşaqlar meydanda gözə dəymirdi. Aparıcılar bildirdilər ki, yeni dərs ilində liseydə 2-si rus, 2-si Azərbaycan bölməsində olmaqla 4 birinci sinif fəaliyyət göstərəcək. Onlarda 97 uşaq təhsil alacaq. Əsas bayram onlarındır. Başlarının oyuncaqlarına qarışdığı, nağıl aləmindən hələ ayrılmadıqları güman edilən altıyaşlıları şənliyə gətirmək üçün nağıl qəhrəmanları - Şrek, Dovşan, Mikki Mausb. köməyə çağırıldı. Uşaqların "dilini" daha yaxşı bilən nağıl qəhrəmanları tezliklə öz balaca dostlarını tapıb musiqi sədaları altında meydana gətirdilər və onlarla rəqs etməyə başladılar.

Beləcə, mərasim başlandı. Nağıl qəhrəmanları - aktyorlar birinciləri təbrik etdilər. Aparıcılar da təbrikə qoşuldular, təhsilin, elmin əhəmiyyəti, məktəb, müəllim haqqında şeirlər dedilər. Ulu öndər Heydər Əliyevin müəllim haqqında dediyi sözləri diqqətə çatdırdılar, ölkəmizdə təhsilə, müəllimə göstərilən qayğıdan söz açdılar, sevimli müəllimlərini, direktorlarını təbrik etdilər.

Sonra təbrik üçün söz liseyin direktoru Məhbubə Məmmədovaya verildi. Məhbubə müəllim mərasim iştirakçılarını salamlayıb sentyabrın 15-nin möhtərəm Prezidentimizin sərəncamı ilə "Bilik günü" elan edildiyini, bu günün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunduğunu söylədi. Direktor bu münasibətlə rəhbərlik etdiyi təhsil ocağının pedaqoji kollektiv üzvlərini, şagirdləri, xüsusən də birinci sinfə yeni qədəm qoyanları, onların baba və nənələrini, ata və analarını, gənc ailələri ürəkdən təbrik etdi və valideynlərə gözaydınlığı verdi. Bu gün birincilərin və onların məktəbə gedəcəyi günü 6 il gözləyən valideynlərinin daha çox sevindiyini deyən M.Məmmədova özününsevincinin həddi-hüdudu olmadığını, nəvəsinin bu il ilk dəfə məktəbə qədəm qoyduğunu bildirdi. O, birincilərə yeni dərs ilində müvəffəqiyyət dilədi, bu gün onlara tapşırılan bu balaca fidanların sağlam əqidə ilə böyüməsini, vətənpərvərlik ruhunda tərbiyə almasını arzuladı. Müəllimlərə tövsiyə etdi ki, öhdələrinə düşən bu çətin, lakin şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışsınlar, elmin sirlərini şagirdlərə sevə-sevə öyrətsinlər, "Təhsil millətin gələcəyidir" deyən ulu öndər Heydər Əliyevin gələcəyimiz olan uşaqları qorumaqla bağlı tövsiyəsinə daim əməl etsinlər. O, inandığını bildirdi ki, liseyin müəllimləri valideynlərlə əl-ələ verərək bu gün onlara etibar olunmuş körpələrin gələcəyini düzgün quracaq, onlara düzgün istiqamət verəcəklər, uşaqların savadlı, bilikli olması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Bunun üçün liseylərində hər cür şəraitin, illərlə yaranmış müsbət ənənələrin olduğunu deyən Məhbubə Məmmədova tədris ocaqlarının ötən dərs ilində əldə etdiyi bəzi uğurları da diqqətə çatdırdı. Qeyd etdi ki, liseyonun şagirdləri ölkə üzrə keçirilən müsabiqələrdə, olimpiadalarda, digər bilik-yaradıcılıq yarışlarında fəal iştirak edir və yüksək yerlər tuturlar. "Tərəqqi" texniki-humanitar təmayüllü lisey 2 il öncə möhtərəm cənab Prezidentimizin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 50 qalibindən biri olmuş və 10 min manat mükafatla mükafatlandırılmışdır. Bu il isə liseyin müəllimi Şəhla Əliyeva "Ən yaxşı müəllim" müsabiqəsinin 100 qalibindən biri olmuş və 5 min manat mükafat almışdır. Həmin mükafatlara və təhsilə göstərdiyi daimi diqqət və qayğıya görə M. Məmmədova təhsil işçiləri adından ölkə Prezidentinə minnətdarlığını bildirdi.

Lisey məzunlarının ali məktəblərə daxil olması göstəricilərinə görə də ölkənin öncül təhsil ocaqları sırasındadır. Hər il məzunların xeyli qismi ölkənin və bir sıra xarici dövlətlərin ən nüfuzlu universitetlərinə qəbul olunurlar. Bu il liseyi bitirmiş 73 gəncin 64-ü ali məktəblərə sənəd vermiş, 51-i yüksək balla qəbul olunmuşdur. Onlardan 3-ü Türkiyənin nüfuzlu universitetində, biri isə BƏƏ-nin Dubay şəhərində ali təhsil alacaq. Qəbul imtahanlarında lisey üzrə ən yüksək - 616 bal toplamış Təranə Həmidova isə Azərbaycan Tibb Universitetinin tələbəsidir. 20-dən çox məzun qəbul imtahanlarında 500-dən yüksək bal toplayıb.

Məhbubə müəllim təbrik nitqinin sonunda liseylərinin şagirdlərini, müəllimləri və valideynləri, Təhsil Nazirliyi başda olmaqla bütün pedaqoji ictimaiyyəti bir daha təbrik edib fəaliyyətlərində onlara dəstək olan hər kəsə, mərasimin hazırlanmasında əməyi olanlara, xüsusən də müavini Mehriban Salahovaya təşəkkürünü və münnətdarlığını bildirdi.

Sonra nağıl qəhrəmanları yenidən öz balaca həmkarları ilə meydanı ələ alıb bir-birindən maraqlı nömrələrlə, uşaqlarla apardıqları qısa dialoqlarla mərasimi canlandırdılar. Uşaqlar dairə vurub şeirlər söylədilər, rəqs etdilər, bütün I sinif şagirdləri onlara qoşuldular.

Valideynlər adından İradə Əliyeva çıxış edərək liseyin rəhbərliyini, müəllim şagirdləri təbrik etdi, yeni dərs ilində onlara uğurlar arzuladı.

Nəhayət, birinci sinif şagirdi Mikayıl Abıyev yeni dərs ilinin ilk zəngini çaldı birincilər müəllimlərinin müşayiəti ilə "Məktəb illəri" mahnısının sədaları altında liseyin binasına daxil olub siniflərində öz yerlərini tutdular. Uşaqların sinif otaqlarına alışması üçün bayram tədbiri siniflərdə davam etdirildi. Onlarla bu dəfə "Ələddin" 10-15 dəqiqə ərzində əyləncəli oyunlar keçirdi.

Beləliklə, sevinclə dolu bayram şənliyi başa çatdı.

İnternet təhlükəlidir


İnternet təhlükəlidir



Belə ki, internetdən asılılıq əsasən 18-25 yaş gənclərdə olur. buna səbəb isə onların yeni -yeni tanışlıqlara can atması, informasiya məkanında olmasıdır.
Bəziləri isə sadəcə dünyadan xəbər tutmaq üçün daxil olur. İstər yaxşı , istər pis məqsədlər üçün daxilolmadan asılı olmayaraq, insanların yer üzündə internetdən asılılığı daim artır.
Qeyd edilmişdir ki, internetdə saatlarla vaxt keçirən insanlarda psixiki pozğunluqlar olur, onların əsəbi təsir bağışlayırlar. Buna isə səbəb onların vaxtı düzgün bölməməsi , işlərini
vaxtında sona çatdıra bilməməsi kimi faktlar göstərilir.

Balıqlar haqqında

Balıqlar haqqında

1 . Xəzər dənizində ölçüsünə və çəkisinə görə ən böyük balıq hansıdır? - Bölgə balığı.

2. Hansı balıq növləri Azərbaycan Respublikasının “Qırmızı Kitabı»na daxil edilmişdir? - Kələmo, ilanbalığı, qızılxallı, poru, dəniz sıfı.

3. Nərə cinsli balıqların sənaye məqsədləri ilə ovu hansı müddətlərdə qadağan olunur? - Aprel və may aylarında.

4. Ölkəmizdə ən çox ovlanan balıq hansıdır? - Kilkə.

5. Nərə cinsli balıqlardan hansının əti və kürüsü ixrac olunur? - Bölgə, nərə və uzunburun balıqları.

6. Respublikamızda nərəkimilərin hansı növləri süni yolla artırılır? – Bölgə, kələmo, nərə və uzunburun balıqları.

7. Nərəkimilərin təbii kürüləmə yerləri haradadır? - Kür və Araz çaylarında.

8. Xəzərdə kilkə balıqlarının neçə növü məskunlaşmışdır? - 3 növü - adi kilkə, irigöz kilkə və ançous kilkəsi.

9. Azərbaycanda yaşayan hansı balıq metamorfoz yolu ilə inkişaf edir? - İlanbalığı.

10. Xəzərin Azərbaycan sektorunda siyənək balıqlarının neçə növü
məskunlaşmışdır? - 4 növü - qarabel siyənəyi, Dolgi siyənəyi, Xəzər şişqarnı və irigöz şişqarın.

11. Azərbaycanın balıqçılıq əhəmiyyətli su obyektlərində hansı qızılbalıq
növləri yaşayır? - Xəzər qızılbalığı, ağ qızılbalıq, qızılxallı (forel).

12. Bütün ömrünü dənizdə keçirən balıqlar hansılardır? - Kilkə və siyənəklər.


13. Mingəçevir və Şəmkir su anbarlarında ovun əsas hissəsi hansı balıq
növünün payına düşür? -Çapaq.

Maraqlı faktlar

Maraqlı faktlar

1 damla neft 25 litr suyu yararsız hala salır.
Hər il Yer üzünə ildırımla 10 milyon ton azot gətirilir.
18 fevral 1979-cu ildə Saxara səhrasına qar yağmışdır.
Televiziya ilə ilk hava proqnozu 11 noyabr 1936-cı ildə İngiltərədə verilmişdir.
Hər il Yer üzündə 50 mindən artıq zəlzələ baş verir.
Təxminən Yer kürəsinin 70% -i su ilə örtülüdür. Bundan yalnız
1%-i içməli su kimi yararlıdır.

Dünya okeanının həcmi 328 000 000 kub milə bərabərdir.
Orta ölçülü aysberqin çəkisi təxminən 20 millyon tondur.
Ən böyük aysberq 1956-cı ildə qeydə alınmışdır. Onun uzunluğu 320 km, eni isə 96 km olmuşdur ki, bu da Belçikanın ərazisindən böyükdür.

• 1971-ci ildə Yaponiyanın İşiqaki adasında qeydə alınmış ən böyük dalğanın hündürlüyü 85 metrə çatırdı.

Təbiətin 10 qeyri-adi hadisəsi

1. Qütb parıltısı

Qütb parıltısı yalnız yuxarı enliklərdə müşahidə olunan təbiətin gözəl optiki hadisələrdən biridir. Əksər hallarda qütb parıltısı mavi-ağ olur və yalnız nadir hallarda çoxrəngli parıltıya təsadüf etmək olar. Qütb parıltısı Yer kürəsinə yerətrafı kosmik mühitdən geomaqnit sahənin güc xətləri istiqamətində hərəkət edən yüklü hissəciklərin atmosferin yuxarı qatların bombalaması nəticəsində yaranır. Qütb parıltısı bir neçə saatdan bir neçə günə qədər davam edir və öz qeyri adi gözəlliyi ilə insanları valeh edir.


2. İldırım və şar ildırım

İstənilən şimşək mühitdən asılı olaraq müxtəlif forma alan elektrik cərəyanıdır. Əvvəllər yanan şar adlandırılan şar ildırım xüsusilə maraqlıdır. Şar ildırımların yaranma təbiəti dəqiq deyil. Bəzən onları ev və təyyarələrin daxilində də müşahidə etmişlər. Şar ildırımların davranışı da hələ dəqiq məlum deyil. Şar ildırım yanar-qırmızı, narıncı və ya sarı rəngdə olub, itənə qədər havada uça bilər. İldırım həmişə göy gurultusu və parlaq işıqla müşahidə olunur. Hər birimiz adi xətli şimşəyi müşahidə etmişik, lakin şar şimşək nadir hallarda təsadüf edilir. Təbiətdə hər adi xətli şimşəyə təxminən 2-3 şar şimşək düşür.


3. Göy ay

Hamımız adi ayı görməyə öyrəşmişik, lakin bəzən yüksək rütubət, atmosferin tozlanması və digər səbəblərdən Ay müxtəlif rənglərə boyanmış görsənir. Xüsusən göy və qırmızı Ay daha qeyri-adidir.Göy ay çox nadir təbiət hadisəsidir. Göy ay kül və his zamanı yaranır. Misal üçün kanadada meşələr yanan zaman ay bütün həftəni göy rəngdə oldu.


4. “Yanar” yağış (ulduzlu yağış)

Əslində göydən ulduzlar deyil meteoritlər düşür və onlar Yerin atmosferinə daxil olaraq qızır və yanırlar. Bu zaman Yer səthindən kifayət qədər uzaqda işıq görünür. Adətən ulduz və ya meteor yağışını yüksək intensivlə (saatda min meteoritə qədər) meteor axını adlandırırlar. Meteor axını Yer səthinə çatmayan atmosferdə yanan meteordan, meteor yağışı isə yerə düşən meteoritlərdən ibarətdir. Əvvəllər bu iki anlayış arasında fərq qoyulmurdu və hər ikisini “yanar yağış” adlandırırdılar. Maraqlı fakt: hər il meteorit qalıqlarından və kosmik tozun hesabına Yer kürəsinin kütləsi orta hesabla 5 milyard ton artır.


5. İlğım

Geniş yayılmasına baxmayaraq vahə həmişə mistik hiss yaradır. Əksər vahələr qızmış havanın optik xüsusiyyətlərini dəyişməsi ilə əlaqədar olduğunu bilirik. Vahə- insanların düşüncəsini heyrətləndirən elm tərəfindən çoxdan izah edilmiş hadisədir. Optik effektin əsasında havanın sıxlığının şaquli istiqamətdə yayılması durur. Müəyyən şəraitdə bu üfüqi istiqamətdə təsvirlərin yaranmasına səbəb olur.


6. 2 qat qabarıq buludlar

2 qat qabarıq buludlar (lenticular mammatus) – nadir meteoroloji hadisədir. Bu şəkil Missuri ştatının Coplin şəhərindən 2005-ci ilin mayın 24-də çəkilmişdir. Şəhər əhalisi səhər tezdən bu qəribə təbiət hadisəsini müşahidə edə bilmişlər. Sonuncu dəfə bu hadisə 30 il bundan əvvəl burada qeydə alınmışdır.


7. Müqəddəs Elmanın işıqları

Müqəddəs Elmanın işıqları təbiətin gözəl və qeyri adi hadisəsidir. İlk dəfə bu hadisəni dənizçilər gəminin dor ağacında və digər şaquli vəziyyətdə duran tiklilərdə müşahidə etmişlər. Bu gözəl işıq verən şarlar şimşək, tufan və ya güclü qasırğa zamanı elektrik sahəsinin yüksək gərginliyi nəticəsində yaranır. Bəzən Müqəddəs Elmanın işıqları hadisəsi elektrik və radio cihazlarının sıradan çıxmasına səbəb olur.


8. Qloriya

Axşam dağda alçaq buludların altında tonqal qalasanız bu axşam sizin kölgəniz buludlarda əks olunacaq və sizin başınızın ətrafında işıqlanan areal yaranacaq. Bu hadisə qloriya adlanır. Qloriya – optiki hadisə olub, işıqlanma mənbəyinə əks nöqtədə olan müşahidəçinin önündə yerləşən buludlarda müşahidə olunur. Çində qloriyanı “müqəddəs Budda” adlandırırlar.


9. Yanar göy qurşağı

Yanar göy qurşağı adlanan bu qövsü od deyil, buz yaradır. Yanan göy qurşağının yaranması üçün günəşdən üfüqdən 58 dərəcə yuxarı qalxmaq və göy üzündə yumşaq bulud olmalıdır. Bundan əlavə yumşaq buludların təşkil olduğu çoxlu sayda yastı altıbucaqlı kristallar günəş şüasını sındırmaq üçün üfüqi şəkildə yerləşməlidir. Buna görə yanar göy qurşağını çox nadir hallarda müşahidə etmək olar.


10. Venera qurşağı (halqası)

Ala toran vaxtı, günəşin çıxmasına yaxın və ya onun batmasından dərhal sonra üfüqdə göyün bu hissəsi rəngsiz, digər hissəsi isə çəhrayı rəngdə olur. Bu hadisə Venera qurşağı adlanır. Rəngsiz zolağı artıq qaralmış və mavi göy arasında hər tərəfdə, hətta günəşin əks istiqamətində də görmək olar. Maviləşmiş göyü günəş şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. Venera qurşağının yaranmasını çıxan (və ya batan) günəşin şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. Venera qurşağı istənilən yerdə təmiz olduqda görmək olar.

 

Heyvanlar haqqında nə bilirik

• Bayquşlar göy rəngi görə bilən yeqanə quşdur.


•Xəstələnməyən yeganə heyvan köpək balığıdır.


•Bir dəvəquşunun gözü beynindən böyükdür.


•Heyvanların ən böyüyü mavi balinadır. (uzunluğu 33 m, ağırlığı 190 ton)


•Qütb ayıları solaxaydır.


•Dəvə dəniz suyu içə bilməklə yanaşı bir dəfədə 250 litrə qədər su içə bilir.


• Qurbağanın 2600-ə yaxın növü var.