ziyaret

free counters
Blogger tarafından desteklenmektedir.
3 Mayıs 2012 Perşembe

Balıqlar haqqında

Balıqlar haqqında

1 . Xəzər dənizində ölçüsünə və çəkisinə görə ən böyük balıq hansıdır? - Bölgə balığı.

2. Hansı balıq növləri Azərbaycan Respublikasının “Qırmızı Kitabı»na daxil edilmişdir? - Kələmo, ilanbalığı, qızılxallı, poru, dəniz sıfı.

3. Nərə cinsli balıqların sənaye məqsədləri ilə ovu hansı müddətlərdə qadağan olunur? - Aprel və may aylarında.

4. Ölkəmizdə ən çox ovlanan balıq hansıdır? - Kilkə.

5. Nərə cinsli balıqlardan hansının əti və kürüsü ixrac olunur? - Bölgə, nərə və uzunburun balıqları.

6. Respublikamızda nərəkimilərin hansı növləri süni yolla artırılır? – Bölgə, kələmo, nərə və uzunburun balıqları.

7. Nərəkimilərin təbii kürüləmə yerləri haradadır? - Kür və Araz çaylarında.

8. Xəzərdə kilkə balıqlarının neçə növü məskunlaşmışdır? - 3 növü - adi kilkə, irigöz kilkə və ançous kilkəsi.

9. Azərbaycanda yaşayan hansı balıq metamorfoz yolu ilə inkişaf edir? - İlanbalığı.

10. Xəzərin Azərbaycan sektorunda siyənək balıqlarının neçə növü
məskunlaşmışdır? - 4 növü - qarabel siyənəyi, Dolgi siyənəyi, Xəzər şişqarnı və irigöz şişqarın.

11. Azərbaycanın balıqçılıq əhəmiyyətli su obyektlərində hansı qızılbalıq
növləri yaşayır? - Xəzər qızılbalığı, ağ qızılbalıq, qızılxallı (forel).

12. Bütün ömrünü dənizdə keçirən balıqlar hansılardır? - Kilkə və siyənəklər.


13. Mingəçevir və Şəmkir su anbarlarında ovun əsas hissəsi hansı balıq
növünün payına düşür? -Çapaq.

0 yorum: