ziyaret

free counters
Blogger tarafından desteklenmektedir.
3 Mayıs 2012 Perşembe

Təbiətin 10 qeyri-adi hadisəsi

1. Qütb parıltısı

Qütb parıltısı yalnız yuxarı enliklərdə müşahidə olunan təbiətin gözəl optiki hadisələrdən biridir. Əksər hallarda qütb parıltısı mavi-ağ olur və yalnız nadir hallarda çoxrəngli parıltıya təsadüf etmək olar. Qütb parıltısı Yer kürəsinə yerətrafı kosmik mühitdən geomaqnit sahənin güc xətləri istiqamətində hərəkət edən yüklü hissəciklərin atmosferin yuxarı qatların bombalaması nəticəsində yaranır. Qütb parıltısı bir neçə saatdan bir neçə günə qədər davam edir və öz qeyri adi gözəlliyi ilə insanları valeh edir.


2. İldırım və şar ildırım

İstənilən şimşək mühitdən asılı olaraq müxtəlif forma alan elektrik cərəyanıdır. Əvvəllər yanan şar adlandırılan şar ildırım xüsusilə maraqlıdır. Şar ildırımların yaranma təbiəti dəqiq deyil. Bəzən onları ev və təyyarələrin daxilində də müşahidə etmişlər. Şar ildırımların davranışı da hələ dəqiq məlum deyil. Şar ildırım yanar-qırmızı, narıncı və ya sarı rəngdə olub, itənə qədər havada uça bilər. İldırım həmişə göy gurultusu və parlaq işıqla müşahidə olunur. Hər birimiz adi xətli şimşəyi müşahidə etmişik, lakin şar şimşək nadir hallarda təsadüf edilir. Təbiətdə hər adi xətli şimşəyə təxminən 2-3 şar şimşək düşür.


3. Göy ay

Hamımız adi ayı görməyə öyrəşmişik, lakin bəzən yüksək rütubət, atmosferin tozlanması və digər səbəblərdən Ay müxtəlif rənglərə boyanmış görsənir. Xüsusən göy və qırmızı Ay daha qeyri-adidir.Göy ay çox nadir təbiət hadisəsidir. Göy ay kül və his zamanı yaranır. Misal üçün kanadada meşələr yanan zaman ay bütün həftəni göy rəngdə oldu.


4. “Yanar” yağış (ulduzlu yağış)

Əslində göydən ulduzlar deyil meteoritlər düşür və onlar Yerin atmosferinə daxil olaraq qızır və yanırlar. Bu zaman Yer səthindən kifayət qədər uzaqda işıq görünür. Adətən ulduz və ya meteor yağışını yüksək intensivlə (saatda min meteoritə qədər) meteor axını adlandırırlar. Meteor axını Yer səthinə çatmayan atmosferdə yanan meteordan, meteor yağışı isə yerə düşən meteoritlərdən ibarətdir. Əvvəllər bu iki anlayış arasında fərq qoyulmurdu və hər ikisini “yanar yağış” adlandırırdılar. Maraqlı fakt: hər il meteorit qalıqlarından və kosmik tozun hesabına Yer kürəsinin kütləsi orta hesabla 5 milyard ton artır.


5. İlğım

Geniş yayılmasına baxmayaraq vahə həmişə mistik hiss yaradır. Əksər vahələr qızmış havanın optik xüsusiyyətlərini dəyişməsi ilə əlaqədar olduğunu bilirik. Vahə- insanların düşüncəsini heyrətləndirən elm tərəfindən çoxdan izah edilmiş hadisədir. Optik effektin əsasında havanın sıxlığının şaquli istiqamətdə yayılması durur. Müəyyən şəraitdə bu üfüqi istiqamətdə təsvirlərin yaranmasına səbəb olur.


6. 2 qat qabarıq buludlar

2 qat qabarıq buludlar (lenticular mammatus) – nadir meteoroloji hadisədir. Bu şəkil Missuri ştatının Coplin şəhərindən 2005-ci ilin mayın 24-də çəkilmişdir. Şəhər əhalisi səhər tezdən bu qəribə təbiət hadisəsini müşahidə edə bilmişlər. Sonuncu dəfə bu hadisə 30 il bundan əvvəl burada qeydə alınmışdır.


7. Müqəddəs Elmanın işıqları

Müqəddəs Elmanın işıqları təbiətin gözəl və qeyri adi hadisəsidir. İlk dəfə bu hadisəni dənizçilər gəminin dor ağacında və digər şaquli vəziyyətdə duran tiklilərdə müşahidə etmişlər. Bu gözəl işıq verən şarlar şimşək, tufan və ya güclü qasırğa zamanı elektrik sahəsinin yüksək gərginliyi nəticəsində yaranır. Bəzən Müqəddəs Elmanın işıqları hadisəsi elektrik və radio cihazlarının sıradan çıxmasına səbəb olur.


8. Qloriya

Axşam dağda alçaq buludların altında tonqal qalasanız bu axşam sizin kölgəniz buludlarda əks olunacaq və sizin başınızın ətrafında işıqlanan areal yaranacaq. Bu hadisə qloriya adlanır. Qloriya – optiki hadisə olub, işıqlanma mənbəyinə əks nöqtədə olan müşahidəçinin önündə yerləşən buludlarda müşahidə olunur. Çində qloriyanı “müqəddəs Budda” adlandırırlar.


9. Yanar göy qurşağı

Yanar göy qurşağı adlanan bu qövsü od deyil, buz yaradır. Yanan göy qurşağının yaranması üçün günəşdən üfüqdən 58 dərəcə yuxarı qalxmaq və göy üzündə yumşaq bulud olmalıdır. Bundan əlavə yumşaq buludların təşkil olduğu çoxlu sayda yastı altıbucaqlı kristallar günəş şüasını sındırmaq üçün üfüqi şəkildə yerləşməlidir. Buna görə yanar göy qurşağını çox nadir hallarda müşahidə etmək olar.


10. Venera qurşağı (halqası)

Ala toran vaxtı, günəşin çıxmasına yaxın və ya onun batmasından dərhal sonra üfüqdə göyün bu hissəsi rəngsiz, digər hissəsi isə çəhrayı rəngdə olur. Bu hadisə Venera qurşağı adlanır. Rəngsiz zolağı artıq qaralmış və mavi göy arasında hər tərəfdə, hətta günəşin əks istiqamətində də görmək olar. Maviləşmiş göyü günəş şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. Venera qurşağının yaranmasını çıxan (və ya batan) günəşin şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. Venera qurşağı istənilən yerdə təmiz olduqda görmək olar.

 

1 yorum:

magahnpaavola dedi ki...

Harrah's Reno Casino & Hotel - MapyRO
Harrah's Reno 경상남도 출장샵 Casino & Hotel is located 울산광역 출장마사지 on 217 N Virginia St in 하남 출장안마 Reno, NV 89109. The casino also 서귀포 출장안마 has 정읍 출장안마 a nightclub and a casino with table games.