ziyaret

free counters
Blogger tarafından desteklenmektedir.
26 Nisan 2012 Perşembe

Dünya

Yer səthi 510 milyon kvadratkilometrə bərabərdir. Ondan 362 min kvadratkilometri və ya 71 faizi okeanın, 148 milyon kvadratkilometri və ya 29 faizi qurunun payına düşür, . Yer səthinin şimal yarımkürəsində qurunun sahəsi 39.4 faiz, suyun sahəsi isə 60.6 faizdir. Cənub yarımkürəsində qurunun sahəsi 19 faiz, suyun sahəsi isə 81 faizdir. Qurunun sahəsi şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən 10.4 faiz artıqdır. Suyun sahəsi isə əksinə, şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən 18,4 faiz azdır. Deməli, Yer səthində su ilə quru qeyri-bərabər paylanmaqdan başqa o, şimal və cənub yarımkürələrində də qeyri-bərabər paylanmalıdır.

 Yer səthindəki qanunauyğunluq

 "Okean-materik" qanunauyğunluğu haqqınada

Yer səthində müxtəlif qanunauyğunluqlar vardır. Onlardan biri odur ki, əgər qlobusda bir qitəni deşib keçsəniz, oxun ucu okeandan çıxacaqdır. Əgər oxu əks istiqamətdə okeandan keçirsəniz qitədən, yəni quru səthindən çıxacaqdır. Şimal Buzlu okeanın əks istiqamətində Antarktida, Afrika ilə Avropanın əksində Sakit okean, Hind okeanının əksində Şimali Amerika, Avstraliyanın əksində isə Şimali Atlantika yerləşir. Yer səthində ancaq Cənubi Amerika istisna təşkil edir. Onun əks istiqamətində dəniz deyil, Cənub-Şərqi Asiya yerləşir. Deməli, əgər qlobusu masanın üstündə fırlatsaq, onun üst tərəfində okean olarsa, alt tərəfində quru olacaqdır.

 Materiklər haqqında

Yerdəki hündürlüklər və dəliklər ABŞ geofizika İnformasiya Mərkəzi.
Yer səthində olan materiklər qoşa-qoşadır. Şimali Amerika Cənubi Amerika ilə, Avropa Afrika ilə qoşalaşır. Burada ancaq Antarktida müstəsnalıq təşkil edir. Əgər biz yer kürəsini dörd dilimə bölmüş olsaq ondan üç dilimə ancaq okean düşəcək, Antraktida isə dilimlərin ucunda dörd hissəyə "parçalanmış" olacaqdır. Yer səthinin bu xüsusiyyətlərini bir əsr bundan əvvəl (1868) Reklyu "üç birgə paralel ekiz materiklər qanunu" adlandırmışdır. Hər bir dilimdə olan materiklər cənub hissədə yerləşən şimaldakı materikə nisbətən şərqə doğru öz yerini dəyişmişdir. Deməli, onlar bir meridian üzrə yerləşmir.
Digər qanunauyğunluq:
  • Materiklərin cənub hissəsi bir qanun olaraq nazik olub, oxvarı şəkildədir. Onların şimal hissəsi isə çox genişdir. Deməli, materiklər bir növ üçbucaq şəklindədir. Hətta Antarktida belə armudvarı şəklə malikdir.
  • Cənub yarımkürəsi materiklərinin qərb hissəsi batıq, şərq hissəsi isə çıxıntılıdır. Odur ki, Afrikanın qərbində Qvineya, Avstraliyanın qərbində isə Böyük Avstraliya körfəzi vardır.
  • Bəzi materiklərin şərq hissəsində əyməvarı şəkildə olan adalar silsiləsi olduğu halda, onların qərb hissəsində belə adalar silsiləsi yoxdur. Antil əyməsi, Asiyanın şərqində olan nəhəng adalar silsiləsi buna misal ola bilər.

 Yerin xüsusiyyətləri

Yerin ümumi strukturu
Yer səthində müşahidə edilən xüsusiyyətlər əsasən Yer kürəsinin öz oxu ətrafında fırlanması, eləcə də Yer qatında baş verən irimiqyaslı qalxma və çökmə ilə əlaqədardır. Şimal yarımkürəsində qurunun çox, Cənub yarımkürəsində az olması şimalda (mülayim zonada) qalxmanın, cənubda (mülayim zonada) isə çökmənin üstünlük təşkil etməsi ilə izah edilir. Lakin şimalda mülayim zonada baş verən qalxma şimal qütbündə çökmə ilə, cənubda, mülayim zonada isə çökmə Antarktidada qalxma ilə əvəz olunur.
Şimal yarımkürəsinə nisbətən Cənub yarımkürəsinin həcmi böyük sürətlə sıxılır.
Ekvator qurşağında materiklərin qalxması üzərinə xüsusi zonalarda baş verən əsrlik qalxmalar da gəlmişdir. Ekvator qurşağında Yer qabığı kütləsinin çökməsi Cənubi Amerikanın və Afrikanın oraqvarı şəkil almasına səbəb olmuşdur. Şimal yarımkürəsində materiklərin qərbə, Cənub yarımkürəsində isə şərqə hərəkət etməsinə əsas səbəb yer qabığının Şimal yarımkürəsində qalxmanın üstünlük təşkil etməsi ilə izah olunur. Materikokeanların antipodluğunun hər iki yarımkürədə paylanması, quru və dənizlərin paylanma xüsusiyyətlərindən görünür ki, planetin fırlanma şəraitində bərabərlik müvazinətinin saxlanılmasını təmin edir. Deməli, bu qanunauyğunluqlar da, yerin fırlanmasının nəticəsidir.

 Yer kürəsində buzlaqlar

Yer kürəsi təbiətində geniş sahə tutan soyuq ərazilər var. Dünya okeanlarının orta illik temperaturu +4 dərəcədir. Lakin onun 90 faizinin orta illik temperaturu sıfır dərəcəyə yaxındır. Coğrafi örtükdə elə yerlər vardır ki, orada daim mənfi temperatur hökm sürür. Soyuq sahənin əsas xüsusiyyətləri ondan ibarətdir ki, burada buzlaqlar yaranır. Buzlaqlar həm quruda, həm də Yer qatının üst hissəsində əmələ gəlir. Akademik S.A.Kalesnikin məlumatına görə, Yerin quru sahəsinin 10 faizi buzlaqla örtülüdür. Əgər bu buzlaqları quru səthinə eyni bərabərdə paylamaq mümkün olsa idi, onda quru sahəsində 182 metr qalınlığında buz qatı yaranardı. Əgər bunlar ərisə idi, dünya okeanının müasir səviyyəsi 66 metr qalxmış olardı. Belə halda okean səviyyəsindən 66 metr yüksəkdə olan bütün quru sahəni su basardı. Antarktidada buzlağın maksimal qalınlığı 4200 metrə, Qrenlandiyada isə 3400 metrə çatır. Əgər Antarktida buzlağı Qafqazı örtmüş olsa idi onda Kiçik Qafqazda heç bir zirvə buzlaq altından üstə çıxa bilməzdi. Böyük Qafqazda isə ayrı-ayrı zirvələr, adalar şəklində 400-500 metr ucala bilərdi.
Yer səthində daimi donuşluq 21 milyon kvadratkilometr sahə tutur. Bu, qurunun 14 faizini təşkil edir. Ondan ancaq bir milyon kvadratkilometri Cənub yarımkürəsi payına, qalan 20 milyon kvadratkilometri – isə Şimal yarımkürəsi payına düşür. Daimi donuşluğun maksimal qalınlığı Vilyuy çayının sol qolu olan Marxi çayının yuxarı axınında 1500 metrə çatır.

0 yorum: